Regionun lider dövləti olan Azərbaycan artıq BMT-də də söz sahibinə çevrildi

 

 Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşciddi elmi əsaslara söykənən sosial-iqtisadi strategiya 2003-cü ilin 15 oktyabr prezident seçkilərindən sonra keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Xalqın böyük etimadını qazanaraq dövlət başçısı seçilmiş cənab İlham Əliyev Azərbaycanın yeni dövr üçün iqtisadi siyasət prioritetlərini açıqlamış, bütün həyati əhəmiyyətli sahələrdə proqressiv islahatları təmin etməklə, ölkə vətəndaşlarının böyük rəğbətini qazanmış, hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirmişdir.

Ölkə başçısı daim haqlı olaraq vurğulayır ki, iqtisadi inkişaf potensialı müasir dövrdə hər bir dövlətin gücünü müəyyən edən başlıca amil kimi çıxış edir. Həqiqətən də hər bir ölkənin, xalqın problemlərinin ən optimal yolu məhz iqtisadisosial tərəqqidən keçir. Təsadüfi deyildir ki, ötən 8 ildə ölkədə həyata keçirilən siyasətin əsas ağırlıq mərkəzi də məhz bu sahənin üzərinə salınmışdır. Respublikamızın iqtisadi siyasətinin sosialyönümlü səciyyə daşıması isə bir tərəfdən insan amilinə, insan hüquqları sisteminə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır.

Ölkəmizin iqtisadi imkanları artdıqca sosial müdafiəyə ehtiyacı olan insanlara daha diqqətlə yanaşılır, həmin insanların sosial tələbatının ödənilməsi bir növ cəmiyyətin mənəvi göstəricisinə çevrilir. Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının 1966-cı il tarixli "İqtisadi, sosial və mədəni hüquqlar haqqında Pakt"ına, "Mülkisiyasi hüquqlar haqqında Beynəlxalq Pakt"ına, habelə Avropa Şurasının 1961-ci il tarixli "Avropa Sosial Xartiyası"na qoşulmuş müstəqil dövlət kimi xalqının sosial və mədəni inkişafını özünün başlıca vəzifəsi hesab edir. Ölkə Konstitusiyasının 38-ci maddəsi isə hər kəsin sosial təminat hüququnu tanıyır.

Dövlət başçısı İlham Əliyev bu reallığı daim önə çəkir ki, sosial-iqtisadi hüquqların müdafiəsi sahəsində dövlətin başlıca vəzifəsi mütərəqqi iqtisadisosial islahatları həyata keçirmək, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmək, mövcud potensialdan hər bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli şəkildə yararlanmasına şərait yaratmaqdır.  Azərbaycan azad bazar iqtisadiyyatı yolunu prioritet seçmişdirbu sistemdə hökumətin yeritdiyi sosialyönümlü siyasətin məqsədi vətəndaşların maddi vəziyyətlərindəki ədalətsiz fərqliliyi aradan qaldırmaq, kəskin təbəqələşməyə yol verməmək, cəmiyyətin bütün üzvlərini layiqli həyat səviyyəsi ilə təmin etmək üçün fərdin ictimai statusunu yüksəltməkdir. Son 8 ildə Azərbaycanda tətbiq edilən mühüm sosial layihələrdən biri də aztəminatlı vətəndaşlara ünvanlı sosial yardımları nəzərdə tutan xüsusi dövlət proqramının həyata keçirilməsidir. Prezident İlham Əliyev 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda bildirmişdi: "Biz çalışacağıq növbəti illərdə sosial məsələlərin həlli üçün də əlavə tədbirlər görək ki, bundan sonra da pensiyalar, maaşlar daim artsın. İnsanların yaşayış səviyyəsi artsın və beləliklə, Azərbaycanda yoxsulluq kimi sosial bəla aradan qaldırılsın. Sosial cəhətdən ən az, müdafiə olunan vətəndaşlara dövlət Ünvanlı Sosial Yardım Proqramı təşkil etmişdir. Hazırda bu proqram 113 min ailəni əhatə edir. 500 mindən bir qədər artıq insan dövlətdən hər ay vəsait alır. Orta hesabla hər bir ailə 102 manat, təqribən haradasa 130 dollar səviyyəsində dövlətdən bu yardımı alır".

Bütün bunlar göstərir ki, ölkədə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosialyönümlü iqtisadi siyasət insan amilini nəzərdə tutan liberal bazar iqtisadiyyatı xəttini əsas götürür. Bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətdə özünə dayaqlar tapması, özəl sektorun inkişafına yaradılmış şərait, iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşların maraqları ilə qətiyyən ziddiyyətə girmir. Əksinə, ölkənin iqtisadi inkişafından, neft strategiyasının səmərəli nəticələrindən əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Azərbaycanın əldə etdiyi uğurlar dünyanın ən nəhəng reytinq təşkilatları və maliyyə institutlarının hesabatlarında da əksini tapmışdır. Azərbaycanın adı son illərdə maliyyə təşkilatlarının qiymətləndirmələrində islahatçı və pozitiv dəyişikliklərə nail olan dövlətlər sırasında çəkilir. Əldə olunan nəticələr deməyə əsas verir ki, Azərbaycan etibarlı tərəfdaşdır, dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələr quraraq bunu dövlətlərarası sivil münasibətlər müstəvisində daim inkişaf etdirir. Azərbaycanın dünyadakı dostlarının və tərəfdarlarının sayı artır. Ötən 20 illik müstəqillik dövründə Azərbaycan dünyada böyük şöhrətə malik ölkə kimi özünü təsdiq etmişdir. Bunun ən parlaq nəticələrindən biri də Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi olmuşdur.  

Oktyabrın 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə görə Azərbaycan 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Təhlükəsizlik Şurasında təmsil edəcək yeni üzv seçilmişdir. Təhlükəsizlik Şurasında üzvlük müddəti başa çatan Bosniya və Herseqovinanı əvəz etmək üçün üç ölkə - Azərbaycan, Sloveniya və Macarıstan seçkiyə qatılmışdılar. Gizli səsvermənin 16-cı mərhələsindən sonra Sloveniya nümayəndəsi seçkinin nəticələrində əhmiyyətli dəyişikliyin olmadığını nəzərə alaraq ölkəsi adından bəyanatla çıxış etmişbildirmişdir ki, indiyədək əldə edilən səsvermənin nəticələrindən BMT Baş Məclisi üzvlərinin kimə üstünlük verdikləri açıq-aydın görünür. Bu addımdan sonra keçirilən səsvermənin nəticələri üçdə iki səs çoxluğu ilə Azərbaycanı qalib çıxararaq BMT Təhlükəsizlik Şurasının yeni üzvünü müəyyən etmişdir. İftixar hissi ilə qeyd edirəm ki, Azərbaycanı 193 ölkədən 155-i dəstəkləmişdir.

Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə bağlı bildirmişdir: "BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycan bu mötəbər təşkilatın üzvü seçilmişdir. Bu böyük qələbə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, həqiqətən də, böyük qələbədir. BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər qurumudur və Azərbaycan müstəqil dövlət kimi artıq bu qurumun üzvüdür. İki gün ərzində keçirilən seçkilərdə Azərbaycan bütün turlarda, bütün mərhələlərdə üstünlük əldə etmişdir. Birinci turda 3 namizədin arasında 1-ci yeri Azərbaycan tutmuşdur. Ondan sonra keçirilən səsvermələrdə həmişə bizim ölkəmizə çox böyük dəstək verilmişdir. Nəticədə 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləyərək, etimad göstərərək bizi bu mötəbər təşkilata üzv seçdi. Mən fürsətdən istifadə edərək bizə inanan, bizə güvənən, bizə böyük hörmət göstərmiş bütün ölkələrə minnətdarlığımı bildirmək istəyirəm. Demək istəyirəm ki, Azərbaycan bu təşkilatda sadiq olduğu ideallara, sülhə, təhlükəsizliyə, demokratiyaya, ədalətə xidmət edəcəkdir".

BMT Təhlükəsizlik Şurasına üzv olmaq ölkə qarşısında böyük perspektivlər açır. Azərbaycan qlobal problemlərin həllində yaxından iştirak etmək, dünya səviyyyəsində qəbul olunan qərarlara təsir göstərmək imkanı əldə etmişdir. Belə ki, Azərbaycan Təhlükəsizlik Şurasında üzvlükdən istifadə edərək ilk növbədə özünün pozulmuş ərazi bütövlüyü məsələsini BMT-nin Təhlükəsizlik Şurasının gündəliyinə çıxarmaq imkanı qazanmışdır. BMT-nin Nizamnaməsinin 7-ci bölümünə əsasən, TŞ sülhə təhlükə, sülhün pozulması və təcavüz halları ilə bağlı tövsiyələr irəli sürür, tərəflərdən müvəqqəti tədbirlərin yerinə yetirilməsini tələb edir, tamya qismən iqtisadi sanksiyaların tətbiq eilməsi, bütün növ əlaqələrin dayandırılması, diplomatik əlaqələrin kəsilməsi ilə bağlı üzv dövlətlər qarşısında məsələ qaldırır. 42-ci maddəyə əsasən, tətbiq edilmiş sanksiyalar istənilən nəticəni vermədikdə TŞ-nin qərarı ilə güc tətbiq edilməsi barədə qərar qəbul edilə bilər. 45-ci maddəyə görə, regional razılaşmaların yerinə yetirilməsi üçün TŞ-yə məcburetmə imkanları verilir. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı və Ermənistanın təcavüzü faktını nəzərə alaraq, Azərbaycan BMT tərəfindən qəbul edilmişbu günə kimi icra olunmamış qətnamələrin yerinə yetirilməsi və Ermənistana qarşı məcburetmə vasitələrinin tətbiq edilməsi üçün əlavə imkanlar qazanır.

Göründüyü kimi, müstəqillik illərində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan böyük nailiyyətlərə imza atmış, müasir, sürətlə inkişaf edən ölkəyə çevrilmiş, beynəlxalq arenada etibarlı tərəfdaş kimi özünü təsdiq etmişdir. Dünyada böyük nüfuz sahibinə çevrilmiş Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi daha böyük uğurların əldə olunacağına inamı artırır.   

 

 

Əlican BABAYEV,

Azərbaycan Dövlət İqtisad Universitetinin

"İqtisadi nəzəriyyə-1"  kafedrasının müdiri,

 iqtisad elmləri doktoru, professor, əməkdar müəllim,

Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər

Təşkilatının Ali Məclisinin sədri

 

Azərbaycan.- 2011.-29 oktyabr.- S.  7.