Prezidentin Mətbuat Xidmətinin məlumatı
Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə telefonla zəng etmişdir.
Dövlətimizin başçısı Abdullah Gülü ad günü və Türkiyənin milli bayramı - Respublika Günü münasibətilə təbrik etmiş, ona Prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı, dost və qardaş Türkiyə xalqına firavanlıq arzulamışdır.
Abdullah Gül göstərilən diqqətə və təbriklərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirmişdir.
Dövlət
başçıları Azərbaycan-Türkiyə ikitərəfli
münasibətlərinin bütün sahələrdə
uğurlu inkişafından məmnun
olduqlarını bildirmiş, Azərbaycan
Prezidentinin Türkiyəyə son səfərinin və səfər zamanı
imzalanmış sənədlərin əməkdaşlığımızın
daha da möhkəmləndirilməsi
baxımından önəmini vurğulamış, əlaqələrimizin
bundan sonra da genişlənəcəyinə əminliklərini
ifadə etmişlər.
Azərbaycan.- 2011.-30 oktyabr.- S. 1.