«Azərbaycan
Respublikası Hökuməti və Sloveniya
Respublikası Hökuməti arasında gəlirlərə və
əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan
qaldırılması və vergidən yayınmanın
qarşısının alınması haqqında»
Konvensiyanın və onun Protokolunun
təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" 2011-ci il iyunun 9-da Lyublyana şəhərində imzalanmış Konvensiya və onun Protokolu təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr
2011-ci il
Azərbaycan.- 2011.- 30 oktyabr.- S. 1.