«Azərbaycan
Respublikası Hökuməti və Serbiya Respublikası
Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq
və qarşılıqlı yardım haqqında» Sazişin
təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" 2011-ci il iyunun 8-də Belqrad şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 30 sentyabr
2011-ci il
Azərbaycan.- 2011.- 30 oktyabr.- S. 1.