Sinqapur Respublikasının Prezidenti
zati-aliləri cənab
Toni Tan Ken Yama
Hörmətli cənab Prezident!
Sinqapur Respublikasının
Prezidenti vəzifəsinə
seçilməyiniz münasibətilə
Sizi səmimi-qəlbdən
təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Sinqapur münasibətləri xalqlarımızın
mənafelərinə uyğun
olaraq daim dostluq və əməkdaşlıq məcrasında
inkişaf edəcəkdir.
Sizə
möhkəm cansağlığı,
xoşbəxtlik, dost Sinqapur
xalqının rifahı
naminə qarşıdakı
fəaliyyətinizdə uğurlar
diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 1 sentyabr 2011-ci il
Azərbaycan.- 2011.- 2 sentyabr.- S. 1.