Saatlı rayonu əhalisinin
içməli su təminatının
yaxşılaşdırılması ilə əlaqədar əlavə
tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1.
Saatlı rayonunun 6,6 min nəfər əhalisinin
yaşadığı Əbilkənd, Əhmədbəyli, Cəfərxan,
Hacıqasımlı, Nohurlu, Varxan yaşayış məntəqələrində
modul tipli sutəmizləyici qurğuların
quraşdırılması üçün Azərbaycan
Respublikasının 2011-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 1,1
milyon (bir milyon bir yüz min) manat məbləğində vəsait
ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
1 sentyabr 2011-ci il
Azərbaycan.- 2011.- 2 sentyabr.- S. 1.