Yaponiyanın
Baş naziri zati-aliləri cənab Yoşihiko Nodaya
Hörmətli cənab
Baş nazir!
Yaponiyanın Baş naziri vəzifəsinə
seçilməyiniz münasibətilə Sizi
səmimi-qəlbdən təbrik edirəm.
Biz
Azərbaycan-Yaponiya münasibətlərinə böyük əhəmiyyət
veririk. Əminəm ki, ölkələrimizi birləşdirən
çoxşaxəli dostluq əlaqələri,
qarşılıqlı maraq doğuran əməkdaşlığımız
xalqlarımızın mənafelərinə uyğun olaraq daim
inkişaf edəcək və genişlənəcəkdir.
Sizə
möhkəm cansağlığı, xoşbəxtlik, dost
Yaponiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə
uğurlar diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 1 sentyabr 2011-ci il
Azərbaycan.- 2011.- 2 sentyabr.- S. 1.