Səudiyyə Ərəbistanı
Krallığının Vəliəhdi, Baş nazirin
müavini, müdafiə və aviasiya naziri, baş müfəttiş
Şahzadə Sultan bin Əbdüləziz Al Səuda
Şahzadə həzrətləri!
Əziz qardaşım!
Həyat
yoldaşınız Şahzadə Munira bint Əbdüləziz
bin Musaidin vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu
ağır itki ilə əlaqədar dərdinizi
bölüşür, Sizə, ailənizin bütün
üzvlərinə dərin hüznlə
başsağlığı verirəm.
Allah rəhmət eləsin!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 1 sentyabr 2011-ci il
Azərbaycan.- 2011.- 2 sentyabr.- S. 1.