Malayziyanın Ali
Başçısı Əlahəzrət Tuanku Mizan Zeynal
Abidin ibni əl-Mərhum Sultan Mahmud əl-Müktəfi Billah
Şaha
Əlahəzrət!
Malayziyanın milli
bayramı - Müstəqillik Günü münasibətilə
Sizə və Sizin simanızda bütün xalqınıza
öz adımdan və Azərbaycan xalqı adından ən səmimi
təbriklərimizi yetirirəm.
Əminəm
ki, Azərbaycan ilə Malayziya arasındakı münasibətlərin
hərtərəfli inkişafı, dostluq və əməkdaşlıq
əlaqələrimizin genişləndirilməsi yolunda bundan
sonra da qarşılıqlı səylər göstərəcəyik.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar, dost Malayziya xalqına əmin-amanlıq
və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 8 avqust 2011-ci il
Azərbaycan.- 2011.- 2 sentyabr.- S. 1.