Qırğız
Respublikasının Prezidenti zati-aliləri xanım Roza
Otunbayevaya
Hörmətli xanım Prezident!
Ölkənizin milli bayramı - Dövlət
Müstəqilliyi Günü münasibətilə Sizə və
bütün xalqınıza şəxsən öz adımdan
və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi
yetirirəm.
Ümidvaram
ki, Azərbaycan ilə Qırğızıstan arasında dərin
tarixi kökləri olan dostluq və əməkdaşlıq
münasibətləri xalqlarımızın mənafelərinə
uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.
Sizə
ən xoş arzularımı yetirir, dost Qırğızıstan
xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 8 avqust 2011-ci il
Azərbaycan.- 2011.- 2 sentyabr.- S. 1.