Vyetnam Sosialist Respublikasının
Prezidenti zati-aliləri
cənab Çıonq
Tan Şanqa
Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı - Müstəqillik Günü
münasibətilə Sizə
və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi
yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Vyetnam münasibətlərinin, ölkələrimiz
arasındakı dostluq
və əməkdaşlıq
əlaqələrinin inkişafı
daim xalqlarımızın
rifahına töhfələr
verəcəkdir.
Bu əlamətdar gündə
Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Vyetnam xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 11 avqust 2011-ci il
Azərbaycan.- 2011.- 2 sentyabr.- S. 1.