Özbəkistan
Respublikasının Prezidenti zati-aliləri cənab İslam Kərimova
Hörmətli İslam Abduqəniyeviç!
Özbəkistan Respublikasının milli
bayramı - Müstəqillik Günü münasibətilə
Sizi və Sizin simanızda bütün xalqınızı
şəxsən öz adımdan və Azərbaycan xalqı adından
ürəkdən təbrik edirəm.
Azərbaycan
ilə Özbəkistan arasındakı dostluq və əməkdaşlıq
münasibətləri dərin tarixi köklərə və ənənələrə
malikdir. Ortaq mənəvi dəyərləri bölüşən,
bir-birinə qırılmaz tellərlə bağlı olan
xalqlarımızın iradəsi, qarşılıqlı etimad
və dəstəyi ilə bu gün həmin ənənələr
yeni məzmun kəsb etməkdədir.
Əminəm
ki, dövlətlərarası münasibətlərimizin,
çoxşaxəli dostluq əlaqələrimizin və əməkdaşlığımızın
hazırkı dinamik inkişafı və zəngin
potensialı daim xalqlarımızın rifahına, ölkələrimizin
çiçəklənməsinə xidmət edəcəkdir.
Bu
xoş gündə Sizə, hörmətli İslam Abduqəniyeviç,
möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə
uğurlar, dost Özbəkistan xalqına əmin-amanlıq və
firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 11 avqust 2011-ci il
Azərbaycan.- 2011.- 2 sentyabr.- S. 1.