Prezidentin Mətbuat
Xidmətinin məlumatı
Avqustun 31-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Tacikistan
Respublikasının Prezidenti Emoməli Rəhmona telefonla zəng etmişdir.
Telefon
söhbəti zamanı dövlət başçıları
ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə
uğurlu inkişafından məmnunluq ifadə etmiş, əlaqələrimizin
daha da genişləndirilməsi üçün yaxşı
potensialın mövcud olduğunu qeyd etmişlər.
Prezident
İlham Əliyev və Prezident Emoməli Rəhmon müqəddəs
Ramazan bayramı münasibətilə bir-birini təbrik
etmiş, xalqlarımıza əmin-amanlıq və
firavanlıq arzulamışlar.
Dövlət
başçıları regional və beynəlxalq məsələlər
ətrafında fikir mübadiləsi aparmışlar.
Azərbaycan.- 2011.- 2 sentyabr.- S. 1.