Azərbaycan
Prezidenti İlham Əliyev ATƏT-in Bakı ofisinin yeni rəhbəri
Koray Tarqayı qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də
ATƏT-in Bakı ofisinin yeni təyin olunmuş rəhbəri
Koray Tarqayı qəbul etmişdir.
Dövlətimizin
başçısı Koray Tarqayı ATƏT-in Bakı
ofisinin rəhbəri vəzifəsinə təyin olunması
münasibətilə təbrik etdi, ona fəaliyyətində
uğurlar arzuladı. Prezident İlham Əliyev ATƏT-in
Bakı ofisinin keçmiş rəhbəri Bilge Cankorelin Azərbaycandakı
fəaliyyəti dövründə ATƏT-in Bakı ofisi ilə
ölkəmizin müvafiq qurumları arasında əlaqələrin inkişafından məmnunluğunu
bildirdi.
ATƏT-in
Bakı ofisinin yeni rəhbəri Koray Tarqay təmsil etdiyi təşkilat
ilə Azərbaycan arasında əməkdaşlığın
daha da inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini
vurğuladı.
Görüşdə
Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın
hazırkı vəziyyətinə və perspektivlərinə
dair məsələlər ətrafında fikir mübadiləsi
aparıldı.
AzərTAc
Azərbaycan.- 2011.- 2 sentyabr.- S. 3.