Azərbaycan
Prezidenti İlham Əliyev Vatikanın ölkəmizdəki
nunsisini fəaliyyət müddətinin başa
çatması ilə əlaqədar qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Vatikanın ölkəmizdəki nunsisi Klaudio Qucerottini fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Nunsi Klaudio Qucerotti on il bundan əvvəl etimadnaməsini xalqımızın ümummilli lideri Heydər Əliyevə təqdim etməsinin onda böyük təəssürat yaratdığını qeyd etdi. O, ölkəmizdəki fəaliyyəti dövründə Azərbaycanda sürətli inkişaf proseslərinin şahidi olduğunu dedi.
Dövlətimizin başçısı Azərbaycan ilə Vatikan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Vatikanın ölkəmizdəki nunsisi Klaudio Qucerottinin əlaqələrimizin inkişafındakı xidmətlərini qeyd edən Prezident İlham Əliyev gələcək fəaliyyətində ona uğurlar arzuladı.
AzərTAc
Azərbaycan.- 2011.- 2 sentyabr.- S. 3.