Düşünülmüş, sürətli və davamlı inkişaf

 

 Azərbaycanın üzləşdiyi təcavüz faktının ölkəmizə vurduğu və hazırda vurmaqda olduğu zərərin miqyası da olduqca böyükdür. Hesablamalar göstərir ki, Ermənistanın hərbi təcavüzü Azərbaycanın 17 min kvadrat kilometr ən məhsuldar torpaqlarının işğalına səbəb olmaqla yanaşı, 900 yaşayış məntəqəsinin, 130939 evin, 2389 sənaye və kənd təsərrüfatı obyektinin, 1025 təhsil, 798 səhiyyə ocağının, 1510 mədəniyyət müəssisəsinin, 5198 kilometr avtomobil yollarının, 348 körpünün, 7568  kilometr su və 76940 kilometr elektrik xətlərinin dağıdılmasına səbəb oldu. Ermənilər  ələ keçirdikləri ərazilərdə 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət edərək yandırıblar. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunub, 44 məbəd və 18 məscid təhqir edilib. Dağıdılan və yandırılan 927 kitabxanada dörd milyon altı yüz min kitabmisilsiz əlyazma nümunələri məhv edilib.

Düzdür, Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir. Əhaliyə vurulmuş mənəvi-psixoloji zərbə ilə bərabər, Azərbaycan iqtisadiyyatına da on milyardlarla ABŞ dolları həcmində ziyan dəyib. İşğalın davam etməsi isə bu gün də Azərbaycanın ərazi bütövlüyünün pozulması prosesinin davamı ilə yanaşı, hər keçən gün onun iqtisadi sahədə zərərlərini artırır.

O da tarixi həqiqətdir ki, işğal faktı nəticəsində qaçqın və məcburi köçkünə çevrilən insanların üzləşdiyi sosial və digər problemlərin həlli istiqamətində atılan ilk addımlar bilavasitə  ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin  xalqın istək və tələbi ilə yenidən hakimiyyətə qayıtmasından sonra doğma yurdlarından didərgin salınmış bir milyon nəfərədək soydaşımız dövlət qayğısı ilə əhatə olundu, onların üzləşdiyi sosial problemlər tədricən öz həllini tapmağa başladı. Bu insanların səsi dünya ictimaiyyətinə çatdırıldı. Ulu öndər müxtəlif ölkələrin dövlət başçıları, rəsmi şəxsləri ilə keçirilən çoxsaylı görüşlərində, beynəlxalq və yerli qurumlarda etdiyi çıxışlarında mütləq qaçqın və məcburi köçkünlər məsələsinə toxunur, bunu ölkədə bir nömrəli problem adlandırırdı.

Heydər Əliyev hər zaman Azərbaycanın üzləşdiyi bu humanitar fəlakət probleminin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində də uğurlu nailiyyətlərə imza atdı. Görülən işlər sayəsində 1993-2004-cü illərdə ayrı-ayrı dövlətlər, maliyyə qurumları, beynəlxalq humanitarinkişaf təşkilatları tərəfindən qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə müxtəlif layihələr üzrə 640 milyon ABŞ dollarından çox həcmdə humanitar yardım göstərildi. 1999-cu ildə ümummilli liderin BMT-nin "Ümumdünya Ərzaq Proqramı" təşkilatının baş qərargahına müraciətinə əsasən həmin təşkilatın Azərbaycanda fəaliyyət müddəti müstəsna hal kimi 2005-ci ilin sonuna qədər uzadıldı. Ulu öndərin xarici səfərlərində də bu məsələ daim ön planda yer alırdı və qaçqınların, məcburi köçkünlərin problemlərinin həlli istiqamətində konkret nəticələrə nail olunurdu. Ulu öndər Heydər Əliyevin 1997-ci ildə İtaliyaya səfəri zamanı əldə olunmuş razılığa əsasən İtaliyanın ENİ şirkəti tərəfindən "Azərbaycanda yurdlarından didərgin düşmüş şəxslər və məcburi köçkünlər" layihəsi çərçivəsində 2,2 milyon ABŞ dolları həcmində ayrılmış qrant vəsaiti hesabına 1999-cu ilin noyabr ayında Azərbaycan hökuməti, "ACİP Azərbaycan" Ortaq Şirkəti, İtaliyanın ENİ şirkəti və BMT QAK arasında imzalanmış üçtərəfli müqaviləyə əsasən məcburi köçkünlər üçün Xanlar rayonunda 234 ailə üçün 253 evsosial obyektlər, Beyləqan rayonunda 110 ailə üçün 124 evsosial obyektlər inşa edildi, Ağcabədi rayonu ərazisində Laçın qış yataqlarında (Taxtakörpü) 35 obada 5600 nəfər üçün su xətləri çəkildi. Lakin qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin həllində əsas missiya məhz Azərbaycan dövlətinin öz üzərinə düşürdü. Digər tərəfdən o da qeyd edilməlidir ki, bu problemlərin yarandığı ilk illərdən fərqli olaraq, ölkəmizə yardım göstərən humanitar təşkilatlar sonradan sözügedən sahədə fəaliyyətlərini azaltmağa başladılar. Əgər 1994-1995-ci illərdə beynəlxalq, yerli humanitar və onların təsis etdiyi inkişaf təşkilatları tərəfindən həyata keçirilmiş layihələrə ildə 70-75 milyon ABŞ dolları həcmində vəsait sərf olunurdusa, 2004-cü ildə bu vəsaitin miqdarı təxminən 34 milyon dollar təşkil edirdi. 2001-ci ildə bir sıra beynəlxalq təşkilatlar tərəfindən qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə ərzaq yardımı göstərilməsi proqramı ümumiyyətlə dayandırıldı. Lakin Dövlət Neft Fondundan ayrılmış vəsaitlər də nəzərə alınmaqla, hökumət bu sahə üzrə çəkilən xərclərin nəinki azalmasına imkan verdi, əksinə, onların miqdarını daha da artırdı.

1998-ci ildə Heydər Əliyevin sərəncamına əsasən, "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı" təsdiq edildi. Növbəti ildə ölkə Prezidentinin fərmanı ilə dünya təcrübəsində ilk dəfə olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil olundu. Bu tədbirlər qaçqın və məcburi köçkünlərin həm məşğulluq problemlərinin həllində, həm də həyat şəraitinin yüksəlməsində əhəmiyyətli rol oynadı.

Ümummilli liderin qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə verdiyi diqqətin nə dərəcədə böyük olduğunu sadə rəqəmlərlə də ifadə etmək olar. Belə ki, 1993-2003-cü illər arasında qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilən vəsaitin həcmi 90 dəfə, yemək xərcləri üçün müavinət 60 dəfə, kommunal xidmət xərcləri 120 dəfə artırıldı. Ulu öndər qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazilərə daim baş çəkir, söhbətlər aparır, problemlərini yerindəcə dinləyir, onların həlli istiqamətində müvafiq göstərişlər verirdi. Bu insanların yaşayış şəraitinin daha da yaxşılaşdırılması, ağır vəziyyətdə yaşadıqları çadır düşərgələrinin ləğvi üçünkonkret addımlar atılırdı. Məsələn, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində AğdamFüzuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" 2001-ci il 7 sentyabr tarixli və "Biləsuvar rayonu ərazisində yerləşən beş çadır düşərgəsində məskunlaşmış məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" 2002-ci il 13 may tarixli 700 nömrəli fərmanlarına uyğun olaraq Biləsuvar, FüzuliAğdam rayonlarının ərazisində 5081 ailədən ibarət 22800 məcburi köçkün üçün bütün zəruri sosial-texniki infrastrukturu ilə birlikdə 20 qəsəbə salındı və Biləsuvar rayonu ərazisindəki 5 çadır düşərgəsi 2003-cü ilin iyun ayında ləğv edildi.

 

Məcburi köçkünlərin sosial problemlərinin həllində Azərbaycan nümunəsi

 

Ümummilli lider Heydər Əliyevin siyasətinin davamı olaraq Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını, Azərbaycan ərazilərinin işğalına son qoyulmasını prioritet məsələ kimi qarşıya qoyub. Bununla bağlı Prezident İlham Əliyev bildirmişdir: "Bizim qarşımızda duran ən vacib, ən önəmli məsələ Azərbaycan torpaqlarının işğalçı qüvvələrdən təmizlənməsi, soydaşlarımızın, qaçqın-köçkün bacı-qardaşlarımızın öz doğma torpaqlarına qayıtmasıdır. Bizim qarşımızda duran bundan başqa, bundan daha önəmli vəzifə yoxdur. Çünki bütün başqa məsələlər öz həllini tapır və tapacaqdır".

Ümumiyyətlə, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin də daim diqqət mərkəzindədir. Hələ 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirən cənab İlham Əliyev "Ölkədə bir dənə də çadır düşərgəsi qalmayacaq", - deyə bəyan etmişdi. Ölkə başçısının bu vədi vaxtından bir il əvvəl - 2007-ci ildə yerinə yetirildiçox acınacaqlı şəraitdə yaşayan məcburi köçkünlərin çadır həyatına son qoyuldu, onlar müasir standartlara uyğun, tam infrastruktura malik yeni qəsəbələrə köçürüldülər. Belə qəsəbələrin açılışında Prezident İlham Əliyevin iştirakı isə qaçqın və məcburi köçkünlərə nə dərəcədə yüksək səviyyədə qayğı göstərildiyinin daha bir real sübutudur. Yaradılan şəraitlə dövlət başçısının bilavasitə yerində tanışlığı, məcburi köçkünlərin evində qonaq olması, onlarla birbaşa təması həm də Azərbaycan Prezidentinin bu insanlara xüsusi diqqətinin real göstəricisidir.

2004-cü il iyunun 8-də Mingəçevir şəhərində 412 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbənin açılış mərasimində iştirak edən Prezident İlham Əliyevin həmin ilin 1 iyul tarixli 298 saylı sərəncamı ilə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğullunun artırılması üzrə Dövlət Proqramı" təsdiq edildi. Məhz bu proqramorada nəzərdə tutulmuş geniş tədbirlər ölkəmizdəki qaçqın və məcburi köçkünlərə dövlət qayğısının daha bir təzahürü idi. Ümumilikdə dövlət proqramında 22921 ailə - 110 min məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması, o cümlədən 21354 ailənin yeni qəsəbələrə köçürülməsi, 1567 ailənin isə müvəqqəti məskunlaşdıqları ictimai binaların təmiri, 30 min yerinin (onlardan 25 mini inşaat işlərində, 5 mini isə yeni təşkil olunacaq kiçik sexlərdə) yaradılması nəzərdə tutulurdu. Həmçinin sözügedən proqram nəticəsində 2004-cü ildən başlayaraq qaçqın və məcburi köçkünlər üçün respublikamızın müxtəlif bölgələrində yeni yaşayış qəsəbələrinin inşası prosesinə start verildi.

2007-ci ildə həmin sərəncama əlavələr edildibuna müvafiq olaraq qaçqınların və məcburi köçkünlərin sosial durumunun, yaşayış şəraitinin daha da yaxşılaşdırılması məqsədilə xeyli sayda tədbirlər həyata keçirildi.

Ümumiyyətlə, görülən tədbirlər nəticəsində 2000-2010-cu illər ərzində ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salındı. Qəsəbələrdə 20 min mənzil, 100 minlərlə kilometr su, elektrik, qaz xətti, yollar çəkildi. 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürüldü, 130 təhsil, 50-yə yaxın səhiyyə, onlarla rabitə və mədəniyyət ocaqları tikilib istifadəyə verildi, müvafiq infrastruktur yaradıldı. Hazırda məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində işlər ardıcıl olaraq davam etdirilir.

Eyni zamanda yaşayış üçün yararlı olmayan ictimai binalarda, yataqxanalarda və digər müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayanciddi sosial çətinliklərlə üzləşən məcburi köçkünlərin problemlərinin həlli istiqamətində işlər davam etdirilir. Bu mənada 2010-cu il fevralın 21-də Prezident İlham Əliyevin "Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" sərəncamı təkcə məcburi köçkünlər yox, bütün ölkə ictimaiyyəti tərəfindən böyük məmnunluqla qarşılandı.

Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan genişmiqyaslı işlərin davam etdirilməsini nəzərdə tutan sərəncama əsasən, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na yeni əlavələr təsdiq olunur. Həmin əlavələrin icrası 2011-2015-ci illərdə məcburi köçkünlərin mənzil-məişət şəraitini, sosial vəziyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

"Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na edilən yeni əlavələr ilk növbədə yataqxanalarda yaşayan 800 nəfərdən ibarət 210 məcburi köçkün ailəsini yenirahat mənzillərə qovuşduracaq. Bu məqsədlə 2011-2012-ci illərdə Abşeron rayonunun Masazır qəsəbəsində ayrılmış torpaq sahəsində Bakı Dövlət Universitetinin 7 yataqxanasından 2 yataqxanada müvəqqəti məskunlaşmış  800 nəfərdən ibarət 210 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara  köçürülməsi təmin olunacaq. Bundan başqa, Təhsil Nazirliyinin tabeliyində olan ilk peşə ixtisas təhsili müəssisələrinin inzibati binalarında və yataqxanalarda müvəqqəti məskunlaşmış 3901 nəfərdən ibarət 867 məcburi köçkün ailəsi üçün Bakı şəhəri və ya Abşeron rayonu ərazisində 2012-2015-ci illərdə çoxmərtəbəli yaşayış binalarının tikilməsi həyata keçiriləcək. Ümumiyyətlə, respublika ərazisində yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün Bakı şəhəri, Abşeron rayonu və respublikanın digər ərazilərində çoxmərtəbəli yaşayış binalarının və fərdi evlərin tikilməsi prosesi 2012-2015-ci illərdə diqqət yetirilən əsas məsələlərdən biri olacaq. Beləliklə, sözügedən yataqxanainzibati binalardan təyinatı üzrə istifadə etmək mümkün olacaq. Cari və gələn ildə Naftalan şəhərindəki 4 sanatoriyada ("Goran", "Şirvan", "Azərbaycan", "Mil") müvəqqəti məskunlaşmış 2620 nəfərdən ibarət  524 məcburi köçkün ailəsi üçün Goranboy rayonu ərazisində ayrılmış torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara  köçürülməsi həyata keçiriləcək.

1990-cı illərin əvvəllərində doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalmış insanlar ilk dövrdə müxtəlif sosial obyektlərlə yanaşı, hətta inşası başa çatdırılmayan binalarda da məskunlaşmağa məcbur olublar. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən Təcili Tibbi Yardım Stansiyasının tikintisi yarımçıq qalmış binaları da bu qəbildəndir. Lakin Prezident İlham Əliyevin yeni sərəncamından sonra daha məcburi köçkünlər sözügedən yarımçıq binalarda, ağır şəraitdə yaşamağa məcbur olmayacaqlar. Belə ki, 2011-2013-cü illər ərzində tikintisi yarımçıq qalmış həmin binalarda müvəqqəti məskunlaşmış 3092 nəfərdən ibarət  736 məcburi köçkün ailəsi üçün Bakı şəhəri və ya Abşeron rayonu ərazisində çoxmərtəbəli yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara  köçürülməsi reallaşacaq. Bu, məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, 9-cu mikrorayonda yerləşən Təcili Tibbi Yardım Stansiyasının tikintisi yarımçıq qalmış binalarında inşaat prosesinin tamamlanmasına və onların təyinatı üzrə istifadəsinə də imkan verəcək.

Azərbaycanın dövlət başçısının yeni sərəncamının daha bir önəmli xüsusiyyəti mənzil hüququ pozulan yüzlərlə insanın hüququnun təmin edilməsi ilə bağlıdır. Faktdır ki, bəzi məcburi köçkün ailələri zorakılıqla öz doğma yurd-yuvalarını tərk etdikdən sonra məcburiyyətdən  başqa insanlara məxsus mənzillərdə məskunlaşdılar. Bu da həmin insanların mənzil hüquqlarının pozulması ilə nəticələndi. Lakin indi bu məsələnin həllində praktik addımlar atılır. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na edilən yeni əlavələrə müvafiq olaraq  2012-2014-cü illər ərzində Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış 5445 nəfərdən ibarət  1210 məcburi köçkün ailəsi üçün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində çoxmərtəbəli yaşayış binaları tikiləcək  və həmin ailələrin bu binalara  köçürülməsi təmin olunacaq. Bu da 1210 insanın mənzil hüququnun təmin olunması deməkdir.

Bununla yanaşı, 2011-2014-cü illərdə Ağcabədi rayonunun Taxtakörpü ərazisində yeraltı qazmadaxmalarda xüsusilə ağır şəraitdə yaşayan 6300 nəfərdən ibarət 1500  məcburi köçkün ailəsinin müvəqqəti yerləşdirilməsi üçün ayrılmış torpaq sahələrində yaşayış evlərinin tikilməsi və ya qəsəbələrin  salınması,  Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində müvəqqəti məskunlaşmış 2595 nəfərdən ibarət  519 məcburi köçkün ailəsi (Xocalı rayonundan olan 1665 nəfərdən ibarət  333 ailə, Kəlbəcər rayonundan olan 930 nəfərdən ibarət  186 ailə) üçün GöygölGoranboy rayonları ərazilərində qəsəbələrin salınması və həmin ailələrin bu qəsəbələrə köçürülməsi də reallaşacaq.          

Bütün bunlar təbii olaraq on minlərlə məcburi köçkünün mənzil-məişət şəraitini daha da yaxşılaşdıracaq, onların sosial vəziyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə imkan verəcək. Bu, həm də Azərbaycan Prezidentinin qaçqın və məcburi köçkünlərə yüksək diqqət və qayğısının növbəti bariz təzahürüdür. Prezident İlham Əliyevin siyasətini dəstəkləyən və onun ətrafında hər zamankından da sıx birləşən  qaçqın və məcburi köçkünlər yurd həsrətinə son qoyulacaq günün uzaqda olmadığına qəti əmindirlər. Çünki dövlətin, onun rəhbərinin bu istiqamətdə atdığı addımları, həyata keçirdiyi məqsədyönlü siyasətin uğurlara aparan nəticəsini aydın görürlər.

Daha bir sevindirici hal ondan ibarətdir ki, çadır şəhərciklərinin ardınca qaçqın və məcburi köçkünlərin məskunlaşdığı fin qəsəbələrinin ləğvi istiqamətində də mühüm addımlar atılır və 2011-ci ildən etibarən bu istiqamətdə görülən işlərin miqyasının daha da genişləndirilməsi nəzərdə tutulur. Ümumilikdə isə 2013-cü ilə qədər ölkə ərazisindəki bütün fin qəsəbələrinin ləğvi gözlənilir. Artıq üç belə qəsəbənin ləğvindən sonra 2011-2013-cü illərdə görüləcək işlər sayəsində daha 13  fin qəsəbəsində yaşayan məcburi köçkünlər müasir standartlara uyğun evlərlə təmin ediləcək. Bu zaman diqqət yetirilən önəmli məqamlardan biri ondar ibarətdir ki, məcburi köçkünlər üçün yeni qəsəbələr onların məskunlaşdığı ərazidə salınır və sözügedən məqam müəyyən parametrlər baxımından olduqca böyük əhəmiyyətə malikdir. Belə ki, məcburi köçkünlərin əksəriyyəti olduqları rayonlarda öz işlərini qurublar. Ona görə də onları öz işlərindən kənarlaşdırmamaq üçün elə məskunlaşdıqları rayonlarda yeni qəsəbələr tikilir. Bu da, öz növbəsində, məcburi köçkünlərin yeni yaşayış məskəninə köçürüldükdən sonra işsizlik problemi ilə qarşılaşmamalarına gətirib çıxarır. Beləliklə, çadır şəhərciklərinin ardınca artıq ölkəmizdə fin qəsəbələrinin ləğvi sahəsində də uğurlu addımlar atılır.

Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı 2004-2010-cu illərdə Prezident İlham Əliyev  27 fərman və sərəncam imzalayıb, bir dövlət proqramı və ona Əlavələr təsdiq edilib, bu sənədlərin icrası ilə əlaqədar Nazirlər Kabineti 88 qərar və sərəncam verib, Milli Məclisdə bir qanun qəbul olunub, dövlət başçısının iştirakı ilə qaçqın və məcburi köçkün probleminə həsr olunan beynəlxalq konfransiki geniş müşavirə keçirilib.

Bununla yanaşı, Prezident İlham Əliyev 2003-2010-cu illərdə 17 dəfə, o cümlədən 2010-cu ildə 4 dəfə məcburi köçkünlərlə şəxsən görüşüb. Hazırda qaçqın və məcburi köçkünlərə Azərbaycan hökumətinin ayırdığı vəsait nisbət etibarilə dünyada ən yuxarı göstəricilər sırasında yer alır. Hesablamalar göstərir ki, Azərbaycan dövləti bir məcburi köçkünə 860 dollar pul xərcləyir. Daha bir mühüm fakt isə qaçqın və məcburi köçkünlər arasında yoxsulluq səviyyəsinin sürətlə azaldılmasıdır. Ölkəmizdə sözügedən qəbildən olan insanlara yüksək diqqət və qayğı bu gün beynəlxalq miqyasda da geniş təqdir olunur və hətta ölkəmizin adı bu fonda nümunəvi bir dövlət kimi qeyd edilir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arun Sala-Nqarmo bununla bağlı bildirir: "Qeyd etmək istərdim ki, Azərbaycan hökuməti məcburi köçkünlərə çox böyük diqqət göstərir və bu mənada bir çox ölkələr üçün nümunə ola bilər".

Azərbaycanın iqtisadi qüdrəti məcburi köçkünlərin həyat şəraitinin bundan sonra tam yaxşılaşdırılmasına imkan verdiyi halda, müxtəlif beynəlxalq humanitar təşkilatlar da bu sahədə ölkəmizdə çalışmaq istədiklərini bəyan edirlər. Şübhəsiz ki, bu, ilk növbədə Azərbaycanda beynəlxalq humanitar təşkilatların fəaliyyətinə yaradılmış münbit şəraitdən irəli gəlir. Digər tərəfdən o da vacib faktordur ki, həmin təşkilatların ayırdıqları vəsaitə Azərbaycan hökumətinin zəmanəti var və ayrılan vəsaitlər hədəfə çatdırılır. Elə bu da sözügedən təşkilatların ölkəmizdə fəaliyyət göstərməsini daha da stimullaşdırır.

Ötən dövrdə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə məşğul olan beynəlxalq, eləcə də yerli humanitar və onların təsis etdikləri  inkişaf təşkilatlarının ölkəmizdə tam sərbəst və şəffaf fəaliyyətləri üçün mühüm addımlar atılıb. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılmış Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası öz fəaliyyətini qaçqın, məcburi köçkün və aztəminatlı əhalinin sosial problemlərinin vaxtaşırı olaraq ətraflı təhlil edilməsi, daha çox ehtiyac duyulan, ciddi narahatlıq doğuran vacib məsələlərin aidiyyəti dövlət orqanları və beynəlxalq humanitarinkişaf təşkilatları, donor ölkə və maliyyə qurumları ilə birlikdə araşdırılması, məsələnin həlli yollarının müəyyən edilməsi, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi istiqamətində qurur və onların bu sahədəki fəaliyyətini əlaqələndirir. Milli Məclisin 2004-cü il 3 dekabr tarixli qərarına əsasən, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq dəyişiklik edildi və beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatları donor ölkə, təşkilat, özəl şirkətlər tərəfindən maliyyələşdirilən humanitar proqramlar çərçivəsində ayrılan vəsait hesabına formalaşan əməkhaqqı fonduna hesablanmış məcburi dövlət sosial sığorta haqqını ödəməkdən azad edilib.

Dövlətin işğal edilmiş ərazilərdən olan insanlarla bağlı siyasətinin icrasında əsas orqan kimi isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi çıxış edir. Azərbaycan Respublikası Prezdentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq komitənin əsas vəzifələri qaçqınların, məcburi köçkünlərin və "qaçqın" statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin müvəqqəti məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, yoxsulluğunun azaldılması, qaçqınların və məcburi köçkünlərin məcburi tərk etdikləri yaşayış yerlərinə qayıtmalarına şərait yaratmaq məqsədi ilə müvafiq dövlət orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə məqsədyönlü aparılması, onlar üçün mənzil və sosial obyektlərin, təmir-tikinti işlərinin aparılması, tikinti obyektlərinin müvafiq layihə-smeta sənədləri ilə təminatı və s. problemlərin həlli sahəsində dövlət siyasətinin formalaşmasında iştirakdanonun həyata keçirilməsini təmin etməkdən ibarətdir.

Dövlətlə yanaşı, qaçqın və məcburi köçkünlərin üzləşdiyi çoxsaylı problemlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və onların həlli istiqamətində Heydər Əliyev Fondu da misilsiz xidmətlər göstərməkdədir. YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, Xocalı soyqırımına, erməni vəhşiliklərinə həsr edilən "Azərbaycan" internet portalı yaradılıb. Həmçinin Heydər Əliyev Fondu tərəfindən məcburi köçkün uşaqlarının təhsil problemlərinin həllinə daim böyük qayğı göstərilir, müvəqqəti məskunlaşma obyektlərində mütəmadi olaraq məcburi köçkünlərlə görüşlər keçirilir.

Həyat səviyyələri yüksələn, məişət durumları yaxşılaşdırılan məcburi köçkünlər dövlət tərəfindən yaradılan şəraitdən istifadə edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən kənarda qalmamaqişğal altında olan əraziləri təmsil edən icma kimi təşkilatlanmaq istiqamətində xeyli görüblər. Bununla bağlı Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rolu əhəmiyyətli dərəcədə artmaqdadır. 65 min nəfərdən çox insanı birləşdirən icma özünün ilk qurultayını keçirdikdən sonra "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" kimi keyfiyyətcə yeni, təşkilati baxımdan möhkəmlənmiş ictimai birliyə çevrilib, özünün idarəetmə strukturlarını yaradıb.

Bununla yanaşı, hökumət tərəfindən beynəlxalq maliyyə qurumları, BMT agentlikləri, beynəlxalq humanitar təşkilatlarla birlikdə "Böyük Repatriasiya (Böyük Qayıdış)" proqram layihəsinin hazırlanması ilə əlaqədar müəyyən işlər görülür. Bu isə doğma torpaqlarından didərgin düşmüş insanlar üçün yurd nisgilinin tezliklə sona  çatacağını bir daha təsdiqləyir.

 

(ardı var)

 

 

Azərbaycan.- 2011.- 2 sentyabr.- S. 4.