San-Marino Respublikasının
Kapitan-Regentləri zati-aliləri
xanım Mariya Luiza Berti və
cənab Filippo Tamaniniyə
Zati-aliləri!
Milli
bayramınız - Respublika Günü münasibətilə
Sizi və xalqınızı öz adımdan və Azərbaycan
xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram
ki, Azərbaycan ilə San-Marino arasında təşəkkül
tapmaqda olan dostluq və əməkdaşlıq münasibətləri
xalqlarımızın mənafelərinə uyğun olaraq daim
inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar, San-Marinonun dost xalqına
sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 16 avqust 2011-ci il
Azərbaycan.- 2011.- 3 sentyabr.- S. 1.