Baş nazir Artur
Rasizadə Düşənbə şəhərinə yola
düşmüşdür
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, sentyabrın 2-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə MDB Dövlət Başçıları Şurasının növbəti sammitində iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbə şəhərinə yola düşmüşdür.
* * *
Azərbaycanın Baş naziri Artur Rasizdə Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının Sammitində iştirak etmək üçün Düşənbəyə gəlmişdir. Düşənbə hava limanında Artur Rasizadəni Tacikistanın rəsmi şəxsləri qarşılamışlar.
Sentyabrın 3-də keçiriləcək sammitdə MDB ölkələrinin inkişaf perspektivləri, təhlükəsizliyin təmin edilməsi, humanitar sahədə əlaqələrin dərinləşdirilməsi və digər məsələlər müzakirə ediləcəkdir.
Qulu KƏNGƏRLİ,
AzərTAc-ın
xüsusi müxbiri
Azərbaycan.- 2011.- 3 sentyabr.- S. 1.