Abxaziyada
keçirilmiş qondarma prezident seçkiləri ilə
bağlı bəyanat
Sentyabrın 2-də Azərbaycanın Xarici
İşlər Nazirliyi (XİN) cari il avqustun 26-da Abxaziyada
keçirilmiş qondarma prezident seçkiləri ilə
bağlı bəyanat yaymışdır.
XİN-in mətbuat xidmətindən daxil
olmuş bəyanatda deyilir: "Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi
Gürcüstanın ərazi bütövlüyünü və
suverenliyini qəti şəkildə dəstəklədiyini
bir daha bildirərək, 2011-ci il avqustun 26-da Abxaziyada
keçirilmiş qondarma prezident seçkilərini
tanımadığını bəyan edir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Cenevrə Müzakirələrini tam dəstəkləyir və münaqişənin həlli istiqamətində hazırkı nizamlama prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə inanır".
AzərTAc
Azərbaycan.- 2011.- 3 sentyabr.- S. 1.