Azərbaycan Prezidenti İlham Əliyev
Buzovna qəsəbəsindəki 33 və 125 nömrəli orta
məktəblərin, 244 nömrəli uşaq
bağçasının binalarında aparılan yenidənqurma
işlərinin gedişi ilə tanış olmuşdur
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sentyabrın 2-də Bakının Xəzər
rayonunun Buzovna qəsəbəsindəki 33 və 125 nömrəli orta məktəblərin,
244 nömrəli uşaq bağçasının
binalarında aparılan əsaslı təmir və yenidənqurma
işlərinin gedişi ilə tanış olmuşdur.
2011-2013-cü
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin
əsaslı təmiri və yenidən qurulması ilə
bağlı bu il üçün nəzərdə
tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtın
orta ümumtəhsil məktəbləri binalarının əsaslı
təmir və yenidənqurma işləri davam etdirilir.
Azərbaycan
Prezidenti İlham Əliyev Xəzər rayonunun Buzovna qəsəbəsinə
gəldi. Görülən işlərlə bağlı
Prezident İlham Əliyevə məlumat verildi. Bildirildi ki, 33
nömrəli məktəb 2002-ci ildə inşa edilib. 168
şagird yerlik məktəbdə 267 şagird təhsil
alır. Dərslər iki növbədə tədris olunur.
Şagird sıxlığı nəzərə alınaraq 33
nömrəli məktəb üçün əlavə 200
şagird yerlik yeni korpus inşa edilib.
Sonra
Prezident İlham Əliyev Buzovna qəsəbəsindəki 125
nömrəli orta məktəbə gəldi. 340 şagird
yerlik bu məktəbdə 555 şagirdin təhsil
aldığı, dərslərin iki növbədə tədris
olunduğu bildirildi. Məktəbdə şagird sıxlığı nəzərə
alınaraq əlavə 6 sinif otağının inşa
edildiyi qeyd olundu.
Daha
sonra Prezident İlham Əliyev Buzovnadakı 244 nömrəli
uşaq bağçasında həyata keçirilən əsaslı
yenidənqurma işləri ilə tanış oldu.
Görülən işlərlə bağlı dövlət
başçısına məlumat verildi. Bildirildi ki, uşaq
bağçasının binası qəza vəziyyətində
olduğundan sökülərək yenidən inşa
olunub. 60 nəfər uşaq
üçün nəzərdə tutulan bağçada
üç qrup fəaliyyət göstərəcəkdir.
İnşa olunmuş yeni binada ən müasir tələblərə
uyğun bütün şərait yaradılacaqdır.
Görülən
işlərlə yaxından tanış olan Prezident İlham Əliyev
müvafiq tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.- 2011.- 3 sentyabr.- S. 1.