Avropa
Şurası ilə Azərbaycan arasında əlaqələr
inkişaf edir
Sentyabrın 2-də ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Hüquq məsələləri və insan hüquqları komitəsinin sədri Kristos Pirqurides jurnalistlərlə brifinq keçirmişdir.
Kristos Pirqurides ölkəmizlə Avropa Şurası arasında əlaqələrin yüksələn xətlə inkişafından məmnunluğunu ifadə etmişdir. O, 5 il əvvəl də Bakıda olduğunu, ötən müddət ərzində Azərbaycanın sürətlə inkişaf etdiyini bildirmişdir.
AŞ PA-nın Hüquq məsələləri və insan hüquqları komitəsinin sədri bildirdi ki, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində önəmli işlər görülmüşdür. Ölkədə həyata keçirilən islahatlar onu deməyə əsas verir ki, Azərbaycan demokratik dövlətdir.
Brifinqdə Kristos Pirqurides Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsindən söz
açaraq demişdir ki, Ermənistanın Azərbaycan
torpaqlarını işğal etməsi Avropa dəyərlərinə
və beynəlxalq hüququn norma və prinsiplərinə
ziddir. Hesab edirəm ki, işğal altında olan ərazilər
Azərbaycana qaytarılmalıdır. Ermənistan
işğalçılıq mövqeyinə son
qoymalıdır ki, bölgədə sülh və əmin-amanlıq
təmin edilsin.
Azərbaycan.-
2011.- 3 sentyabr.- S. 2.