Şeyxülislam
A.Paşazadə Qızıl medala və "Xoşməramlı
səfir" tituluna layiq görüldü
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə daha bir nüfuzlu beynəlxalq mükafata layiq görülmüşdür.
QMİ-nin mətbuat xidmətindən bildirmişlər ki, mənzil- qərargahı Parisdə yerləşən Fransanın İnsan Haqlarının Müdafiəsi Beynəlxalq Komitəsi şeyxülislamı Qızıl medalla təltif etmiş və ona "Xoşməramlı səfir" titulu vermişdir.
Bu barədə beynəlxalq təşkilatın prezidenti C.Salvatonun A.Paşazadəyə ünvanladığı məktubda məlumat verilmişdir. Məktubda bildirilmişdir ki, QMİ-nin sədri nüfuzlu təşkilatın təsis etdiyi Qızıl medala və "Xoşməramlı səfir" tituluna dövlət və cəmiyyət qarşısındakı xidmətlərinə, müsəlmanların dünyaya inteqrasiyasındakı roluna, Qafqazda sülhün, əmin-amanlığın bərpasında, dinlərarası münasibətlərin möhkəmləndirilməsində, tolerantlıq mühitinin formalaşmasında çoxillik fəaliyyətinə görə layiq görülmüşdür.
AzərTAc
Azərbaycan.- 2011.- 3 sentyabr.- S. 2.