Ümummilli lider
Heydər Əliyevin məzarını və Şəhidlər
xiyabanını ziyarət
Bakıda səfərdə olan İsveçrə Konfederasiyasının vitse-prezidenti, maliyyə federal departamentinin rəhbəri xanım Evelin Vidmer-Şlumpfın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 2-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etmişlər. Xanım Evelin Vidmer-Şlumpf "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşdur.
Bakının ən hündür nöqtəsindən
Azərbaycan paytaxtının mənzərəsini seyr edən
qonağa şəhərimizdə görülən
abadlıq-quruculuq işləri barədə məlumat
verilmişdir.
Azərbaycan.- 2011.- 3 sentyabr.- S. 2.