Həştərxanda ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda tədbir keçirilmişdir

 

1 sentyabr - Bilik Günü münasibətilə Rusiya Federasiyasının Həştərxan şəhərinin mərkəzindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda tədbir keçirilmişdir.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, ulu öndərin Həştərxanda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ötən il açılmış abidəsi önünə gül dəstələri qoymuşlar.

Azərbaycan nümayəndə heyəti, Həştərxanın rəsmiləri,  Azərbaycan diasporunun üzvləri, ictimaiyyət nümayəndələri və KİV  təmsilçilərinin də iştirak etdiyi tədbirdə ümummilli liderin adını daşıyan 11 nömrəli məktəbin yaxın zamanlarda şagirdlərin ixtiyarına veriləcəyi bildirilmişdir.

Sonda məktəblilərin ifasında bədii kompozisiya təqdim edilmişdir.

 

 

Azərbaycan.- 2011.- 3 sentyabr.- S. 2.