Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" qanunun 6.4-cü, 21.0.3-cü və 52.3-cü maddələrinə əsasən, "Consolidated Constractors International Company S.A.L." şirkətinin şikayətinə baxılaraq onun icraata qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.

Şikayətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun oktyabrın 4-nə təyin edilmiş iclasında baxılacaqdır.

 

 

Azərbaycan.- 2011.- 3 sentyabr.- S. 2.