Avropa
İttifaqının Cənubi Qafqaz üzrə xüsusi
nümayəndəsi Dağlıq Qarabağın azərbaycanlı
icmasının üzvləri ilə
görüşmüşdür
Azərbaycanın xarici işlər nazirinin
müavini Mahmud Məmmədquliyev sentyabrın 5-də ölkəmizdə
səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi
Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefort ilə
görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən
bildirmişlər ki, görüşdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
yolları və Aİ-nin problemin həllinə verə biləcəyi
töhfələr barədə fikir mübadiləsi
aparılmışdır.
F.Lefort Dağlıq Qarabağın azərbaycanlı
icmasının üzvləri ilə də
görüşmüşdür.
Azərbaycan.- 2011.- 6 sentyabr.- S. 2.