Milli Məclisdə görüş
Sentyabrın
5-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə
səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi
Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefort ilə
görüşdü. Qonağı salamlayan Milli Məclisin Sədri
onu Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi
vəzifəsinə təyin olunması münasibəti ilə
təbrik etdi. Cənubi Qafqaz ölkələrinə
yaxından bələd olan siyasətçi kimi onun bölgədəki
problemlərin həllində mühüm rol oynayacağına
ümidvar olduğunu bildirdi.
Görüş
zamanı Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizin
Avropa qurumları ilə, o cümlədən Aİ və
Avropa Parlamenti ilə münasibətlərin inkişafına
böyük önəm verdiyini dedi. Avronest Parlament
Assambleyasının yaradılmasını təqdir edən
Oqtay Əsədov bu çərçivədə əlaqələrin
inkişaf edəcəyinə inamını bildirdi.
Milli
Məclisin Sədri Avropa Parlamentinin Cənubi Qafqaz ölkələrindəki
vəziyyətə dair qətnaməsində Ermənistan
silahlı birləşmələrinin işğal olunmuş
Azərbaycan ərazilərindən çıxarılması
və dövlətlərin ərazi
bütövlüyünü tanıması ilə
bağlı müddəaların Azərbaycanda yüksək
qiymətləndirildiyini qonağın diqqətinə
çatdırdı.
Oqtay
Əsədov Filipp Leforta yeni vəzifəsində uğurlar
arzuladı.
Görüş
üçün təşəkkürünü bildirən
Filipp Lefort Azərbaycana səfərindən məmnunluğunu
ifadə etdi. Yeni vəzifəsindən söz açan qonaq fəaliyyəti
dövründə regiondakı münaqişələrin
yoluna qoyulması üçün səylərini əsirgəməyəcəyini,
Aİ ilə Azərbaycan arasında əlaqələrin daha
da inkişafına çalışacağını dedi.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər
də müzakirə edildi.
Azərbaycan.- 2011.- 6 sentyabr.- S. 2.