Slovakiyanın
Moskvadakı səfirliyi Dağlıq Qarabağa
«müstəqilliyinin» 20 illiyi münasibətilə
göndərilmiş təbrik barədə informasiyanı təkzib
etmişdir
Sentyabrın 5-də
Slovakiyanın Moskvadakı səfirliyi Slovakiya
vətəndaşları Yan Çarnoqurski və Frantişek
Mikloşko adından Dağlıq Qarabağa "müstəqiliyinin" 20 illiyi münasibətilə göndərilmiş
təbrik barəsində 2011-ci il
sentyabrın 1-də Rusiya, Azərbaycan və
Ermənistanın KİV-lərində dərc olunuş informasiyanı təkzib etmişdir.
Slovakiyanın
Moskvadakı səfirliyinin təkzibində deyilir ki, təbrik
onların öz təşəbbüsüdür, KİV-lərdə dərc
olunmuş informasiyada göstərilən vəzifələri
- "Slovakiya hökumətinin baş naziri və Milli Məclisin
sədri" vəzifələri isə həqiqətə
uyğun deyildir. Təkzibdə deyilir:
"Yan Çarnoqurski
və Frantişek Mikloşko
Slovakiyanın keçmiş deputatları
və siyasətçiləridir. Onlar
artıq ölkənin fəal siyasi həyatında
iştirak etmirlər və Slovakiyanın indiki hökumətində heç
bir vəzifə tutmurlar.
Dağlıq Qarabağ məsələsində
Slovakiya Respublikasının rəsmi mövqeyi dəyişməz qalır, beynəlxalq
hüquqa və BMT-nin
müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycanın
ərazi bütövlüyünə əməl olunması
prinsipinə əsaslanır".
Azərbaycan.- 2011.- 6 sentyabr.- S. 2.