Azərbaycan
xalçaları: Qarabağ qrupu
Qarabağın ən qədim tarixə malik diyarlardan olması onun maddi mədəniyyət abidələrində, eləcə də milli sənət nümunələrində geniş əks edilir. Bu mənada Azərbaycan xalçalarının dəyəri ölçüyəgəlməzdir. Avropa ilə Asiyanın qovuşduğu yerdə yerləşən, çox qədim tarixə malik Azərbaycan həmçinin zəngin mədəniyyətə malik bir ölkədir.
Burada
sənətkarlığın hələ erkən dövrlərdən
təşəkkül tapması və bugünümüzədək
gəlib çatması da bir daha bunları təsdiq edir. Belə
sənət növlərindən biri də
xalçaçılıqdır. Arxeoloji
qazıntılar zamanı üzə çıxmış məmulatlardan
aydın olmuşdur ki,
Qarabağda yerli əhali
arasında maldarlıq və əkinçiliklə
yanaşı, toxuculuq,
boyaqçılıq və metalişləmə sahələri
də erkən dövrlərdən inkişaf
etmişdir.
Mənbələrin
verdiyi məlumata görə, VII-X əsrlərdə
Qarabağda sənətkarlıq çox inkişaf
etmişdir. Bərdədə toxunan
ipək xalçalar İranda,
Xorasanda satılırmış.
Ümumiyyətlə,
Qarabağ xalçalarının son dövrlər beynəlxalq
aləmdə daha çox diqqət çəkməsi
heç də təsadüfi deyil. Bu qədim diyarın tarixi,
mədəniyyəti və sənətkarlığı məhz
xalçalarda özünün daha geniş əksini
tapmışdır.
Azərbaycan
xalçalarının tarixi şöhrətini qorumaq və
saxlamaq üçün həyata keçirilən dövlət
əhəmiyyətli tədbirlər artmaqdadır. Bu istiqamətdə "Azər-İlmə"
Məhdud Məsuliyyətli Cəmiyyətin fəaliyyəti xüsusi qeyd edilməyə
layiqdir. Çünki
cəmiyyət Azərbaycan xalça ənənələri
və tarixi ilə bağlı işlərini
uğurla davam etdirir.
"Azər-İlmə" tərəfindən
6 dildə (Azərbaycan, rus, ingilis, ərəb, fransız və
alman) yenicə çapdan buraxılan "Azərbaycan
xalçaları: Qarabağ qrupu" broşürü də
xalçalarımızın tarixi şöhrətini
yaşatmaq və dünya xalqlarının diqqətinə
çatdırmaq məqsədi daşıyır.
O da
qeyd edilməlidir ki, bu sənətin tarixində ilk dəfədir
fundamental elmi tədqiqatlar nəticəsində ərsəyə
gələn topluda Qarabağ xalçalarının
özünəməxsus cəhətləri, toxunma
texnologiyası, kompozisiyalar hərtərəfli təqdim
edilir. Nəşrdə 20-dək əntiq xalça nümunəsi
və onların bədii təsviri, Qarabağın
bütün rayon və şəhərlərinin
xalçaçılıq ənənələri haqqında ətraflı
məlumat verilir.
Xalçaların
özünəməxsus çeşniləri, rəngləri
və ornamentlərindən bəhs edən "Azərbaycan
xalçaları: Qarabağ qrupu"nun bir neçə dildə
çapdan buraxılması aran
bölgəsinin xalçalarını dünyaya
çatdırmağa imkan verir.
Yeni
nəşrin ərsəyə gəlməsində layihənin
rəhbəri, "Azər-İlmə"nin direktoru dosent
Vidadi Muradovun, həmçinin tarix elmləri doktoru Kərim
Şükürovla sənətşünas Asiya Şirəliyevanın
əməyi böyükdür və bu, təqdirəlayiq
hesab edilir.
Nəşrin
beynəlxalq miqyaslı tədbirlərdə
paylanmasının və dünya sənətşünasları,
tarixçiləri arasında yayılmasının da
mühüm əhəmiyyəti var.
Azərbaycan.- 2011.- 6 sentyabr.- S. 5.