Sevincimin həddi-hüdudu yoxdur

 

Bu sevinci mənə möhtərəm Prezident İlham Əliyev bəxş edib. Gəncədəki  39 nömrəli məktəbi bitirmişəm. Müstəqil ölkəmizdə həyatın hər sahəsində olduğu kimi, ali məktəblərə qəbul imhatanlarında da ədalətlilik, şəffaflıq yaradılıb. Ali təhsil yolunda  əsas meyar yalnız və yalnız bilikdir. Test imtahanlarında gəncəli məzunlar arasında hamıdan yüksək bal topladım. 685 balla Azərbaycan Dövlət Tibb Universitetinin tələbəsi oldum. Şəhərimizdə cari ilin məzunlarından 787 nəfər oğlan və qız tələbə biletini aldı. Onlardan 47 nəfəri 600-dən çox bal yığıb. Bu, ötən illərdə olduğundan xeyli çoxdur.

Bu günlərdə şəhər icra hakimiyyətində ali məktəblərə daxil olan məzunlarla görüş keçirildi. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev 600-dən çox bal toplayanları təbrik etdi və onlara qiymətli hədiyyələr bağışladı. Mənə də bir nootbuk verildi.

Elə həmin günlərdə sevinc üstünə sevinc gəldi. Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Prezident təqaüdünə layiq görüldüm. Ölkədə ümumən təhsilin inkişafına, gənc nəslin təlim-tərbiyəsinə göstərdiyi tükənməz qayğı və diqqətə görə, eləcə də mənim bilik yarışındakı uğuruma verdiyi yüksək qiymət üçün  dövlət başçısı İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.  

 

 

 Nərminə MƏMMƏDOVA,

Gəncədəki 39 nömrəli məktəbin

məzunu

 

Azərbaycan.- 2011.- 7 sentyabr.- S. 1.