Əli Həsənov: Azərbaycan üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların potensialı hələ ki tükənməmişdir

 

"Azərbaycan üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların potensialı hələ ki tükənməmişdir".

Bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir.

Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır, - deyən Ə.Həsənov bildirmişdir: "Biz dəfələrlə demişik ki, bunun sadə formulası vardır: beynəlxalq hüququn normaları və prinsipləri. Bu normalar və prinsiplər barədə Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə danışmışdır".

Şöbə müdiri həmçinin onu da demişdir ki, bununla bağlı artıq neçə illərdir danışıqlar aparılır. Sadəcə, erməni tərəfinin iradəsizliyi və qeyri-konstruktiv mövqeyi bu prosesin ləngiməsinə səbəb olur.

 

 

Azərbaycan.- 2011.- 7 sentyabr.- S. 2.