Əli Həsənov:
«Ermənistana təzyiq vasitəsilə Dağlıq
Qarabağ münaqişəsini dinc yolla həll etmək
mümkündür»
ATƏT-in Minsk qrupunun həmsədrlərinin, eyni zamanda, beynəlxalq sülhyaratma proseslərində iştirak edən digər institutların fəaliyyəti belə düşünməyə əsas verir ki, Dağlıq Qarabağ münaqişəsini Ermənistana təzyiq göstərməklə dinc yolla həll etmək olar.
AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir.
Ə.Həsənov bildirmişdir ki,
münaqişənin həlli ilə bağlı Ermənistanın
təşəbbüsləri bu prosesə heç bir təsir
göstərə bilməz. Dövlətimizin
başçısının yürütdüyü siyasət
nəticəsində beynəlxalq aləmdə Azərbaycanın
ərazi bütövlüyü tanınır.
Azərbaycan.- 2011.- 7 sentyabr.- S. 2.