Azərbaycan ilə Serbiya arasında münasibətlər yüksək səviyyədədir

 

Serbiyada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 6-da  bu ölkənin Baş naziri Mirko Çvetkoviç ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Serbiya arasında münasibətlərin yüksək səviyyədə olduğu vurğulanmışdır. Tərəflər ölkələrimiz arasında iqtisadi-ticarət, investisiya, energetika, turizm və hava nəqliyyatı sahələrində əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparmışlar.

Görüşdə, həmçinin Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyasının iclasına hazırlıq məsələləri müzakirə olunmuşdur.

 

Azərbaycan.- 2011.- 7 sentyabr.- S. 3.