Serbiyada bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşlərdə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

 

 Qoşulmama Hərəkatının 50 illik yubiley tədbirlərində iştirak etmək üçün Serbiyada səfərdə olan Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov Misir, Livan, Mali, Qana, Kamboca, Şri-Lanka, Seyşel adaları, Cənubi Afrika, Niger, Konqo, Anqola, Myanma və Bruneyin xarici işlər nazirləri və nümayəndə heyətlərinin başçıları ilə ikitərəfli görüşlər keçirmişdir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşlərdə bu ölkələrlə ikitərəfli münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. 

 

Azərbaycan.- 2011.- 7 sentyabr.- S. 3.