Azərbaycan ilə
Qazaxıstan arasında hərbi sahədə əməkdaşlığın
genişləndirilməsi məsələləri müzakirə
edilmişdir
Bakıya işgüzar səfərə gələn Qazaxıstanın müdafiə naziri Adilbek Caksıbekov sentyabrın 6-da Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə iki qardaş ölkə və xalqlar arasında tarixi bağlılıqdan söhbət açan nazirlər əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparmışlar. Hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi görüşdə əsas müzakirə mövzusu olmuşdur.
Söhbət zamanı Səfər Əbiyev həmkarını
bölgədəki hərbi-siyasi vəziyyət və Ermənistanın
işğalçılıq siyasəti barədə də məlumatlandırmışdır.
Azərbaycan.- 2011.- 7 sentyabr.- S. 4.