Azərbaycan ilə
Avropa İttifaqı arasında vahid aviasiya məkanı
yaradılması planlaşdırılır
Avropa Komissiyası tərəfindən yayılmış bəyanatda deyilir: "Avropa Komissiyası Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında vahid aviasiya məkanı barədə razılaşmaya nail olmaq niyyətindədir".
AzərTAc xəbər verir ki, həmin sazişdə tərəflər arasında hava məkanının mərhələlər üzrə açılması və Aİ-nin bu sahədə qanunvericiliyinin Azərbaycanda tətbiq edilməsi nəzərdə tutulur.
Avropa Komissiyasının bəyanatında
deyilir: "Azərbaycanın mühüm strateji məkanda -
Avropa ilə Asiyanın qovuşduğu ərazidə yerləşməsi
bu ölkəni Aİ ilə vahid aviasiya məkanı
yaradılmasına dair sazişin imzalanması
üçün real namizədə çevirir. Azərbaycan
hökuməti 2011-ci ilin yanvarında vahid aviasiya məkanı
barədə Aİ ilə saziş hazırlanmasına dair
danışıqlara hazır olduğunu bildirmişdir.
Avropanın bəzi aviasiya şirkətləri Bakı istiqamətində
yeni reyslər açmağa hazır olduqlarını
bildirmişlər".
Azərbaycan.- 2011.- 7 sentyabr.- S. 4.