Somalidə aclıqdan əziyyət çəkənlərə yardım kampaniyası davam edir

 

 Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən elan olunmuş Somalidə aclıqdan əziyyət çəkənlərə yardım kampaniyası çərçivəsində 10 min 755 ABŞ dolları toplanmışdır.

AzQAC-dan AzərTAc-a  bildirmişlər ki, cəmiyyətin hesabına fiziki və hüquqi şəxslər tərəfindən edilmiş yardımlar prosedura uyğun olaraq Somali Qızıl Aypara Cəmiyyətinin hesabına köçürülmüşdür.

Xeyriyyə kampaniyasında iştirak etmək istəyənlər yardımlarını Azərbaycan Beynəlxalq Bankın "Sahil" filialında açılmış bank hesabına köçürə bilərlər.

 

 

Azərbaycan.- 2011.- 7 sentyabr.- S. 4.