SAM-da Avropanın
bir sıra ölkələrinin "beyin mərkəzləri"nin
nümayəndələri ilə görüş olmuşdur
Sentyabrın 6-da Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) İspaniya, İtaliya, İslandiya, Estoniya və Ukraynanın bir sıra "beyin mərkəzləri"nin nümayəndələri və parlament üzvləri ilə görüş keçirilmişdir.
SAM-dan AzərTAc-a bildirmişlər ki, qonaqlara SAM-ın fəaliyyəti - nəşr edilmiş elmi dərgilər, yerli və beynəlxalq əhəmiyyətli tədbirlər və perspektivli layihələr haqqında ətraflı məlumat verilmişdir.
Görüşdə "beyin mərkəzləri" arasında elmi-tədqiqat sahəsində müxtəlif layihələrin və tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanmışdır. Bundan əlavə, Cənubi Qafqazın geosiyasəti, Avropa İttifaqının region ölkələri ilə münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi, Yaxın Şərq regionunda qeyri-sabit vəziyyət, beynəlxalq təhlükəsizlik və digər məsələlər müzakirə olunmuşdur.
Qonaqlar sentyabrın 7-də Bakıda keçiriləcək "Avropa İttifaqının Xəzər regionuna baxışı: Yumşaq güc, yoxsa real siyasət?" mövzusunda konfrans, eyni zamanda, layihələr barədə ətraflı məlumat vermişlər.
Görüşdə, həmçinin regional,
beynəlxalq və bir sıra qarşılıqlı maraq
doğuran məsələlər ətrafında fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.- 2011.- 7 sentyabr.- S. 5.