Azərbaycan Respublikası vətəndaşlarının
2011-ci il oktyabrın 1-dən 30-dək həqiqi
hərbi xidmətə çağırılması və
müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçularının ehtiyata
buraxılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər
tutaraq, "Azərbaycan Respublikasında hərbi xidmətə
çağırışın əsasları
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
və qanunvericilikdə nəzərdə tutulmuş digər
silahlı birləşmələrin komplektləşdirilməsi
üçün qərara alıram:
1. 1993-cü ildə doğulmuş və
çağırış gününədək (həmin
gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə
1976-1992-ci illərdə doğulmuş, yaşı 35-dək
olan, respublikanın Silahlı Qüvvələrində və
qanunvericilikdə nəzərdə tutulmuş digər
silahlı birləşmələrdə hərbi xidmətə
çağırışdan möhlət hüququ olmayan Azərbaycan
Respublikası vətəndaşları 2011-ci il oktyabrın
1-dən 30-dək həqiqi hərbi xidmətə
çağırılsınlar.
2. "Hərbi xidmət haqqında"
Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş xidmət müddətini keçmiş əsgər,
matros və çavuşlar 2011-ci il oktyabrın 1-dən 30-dək
ehtiyata buraxılsınlar.
3. Azərbaycan Respublikasının Nazirlər
Kabineti və yerli icra hakimiyyəti orqanları bu fərmanın
icrası üçün qanunvericilikdə nəzərdə
tutulmuş tədbirləri görsünlər.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
7 sentyabr 2011-ci il
Azərbaycan.-2011.-8
sentyabr.-S.1