Ə.Ş.Məmmədova «Əməkdar
Mühəndis» fəxri adı verilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər
tutaraq qərara alıram:
Azərbaycanda su təsərrüfatının inkişafındakı
xidmətlərinə görə Əhməd Şirin
oğlu Məmmədova "Əməkdar
Mühəndis" fəxri adı verilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
7 sentyabr 2011-ci il
Azərbaycan.-2011.-8
sentyabr.-S.1