Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru  Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Qubernator Aleksandr Jilkin ötən il Azərbaycan Prezidenti İlham Əliyevin  Həştərxan vilayətinə uğurlu səfərini xatırlayaraq həmin səfər zamanı müzakirə olunan məsələlərin önəmini qeyd etdi. Aleksandr Jilkin Həştərxan şəhərində Azərbaycan  xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin ucaldıldığı parkın  şəhər sakinlərinin sevimli istirahət mərkəzlərindən biri olduğunu dedi.

Görüşdə Azərbaycan ilə Rusiyanın Həştərxan vilayəti arasında iqtisadi, humanitar, sosial, turizm və nəqliyyat  sahələrində  uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu, ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə edildi, əməkdaşlığımızın bundan sonra daha da genişlənəcəyinə əminlik bildirildi.

 

 

 AzərTAc

 

Azərbaycan.-2011.-8 sentyabr.-S.2