Azərbaycan Prezidenti İlham Əliyev
Avstriyanın OMV şirkəti idarə heyətinin sədri
Gerhard Roissin başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də
Avstriyanın OMV şirkəti idarə heyətinin sədri
Gerhard Roissin başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
OMV şirkəti idarə heyətinin sədri
Gerhard Roiss Avstriya Prezidenti Haynts Fişerin və Avropa
İttifaqının enerji məsələləri üzrə
komissarı Gunter Ottingerin salamlarını dövlətimizin
başçısına çatdırdı.
Görüşdə Avstriyanın OMV
şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti
arasında uğurlu əməkdaşlığın həyata
keçirildiyi qeyd olundu, "Nabukko" layihəsi ilə
bağlı məsələlər ətrafında fikir
mübadiləsi aparıldı, əməkdaşlığın
bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə
edildi.
Dövlətimizin
başçısı Avstriya Prezidenti Haynts Fişerin və
Avropa İttifaqının enerji məsələləri
üzrə komissarı Gunter Ottingerin salamlarına görə
minnətdarlığını bildirdi, onun da
salamlarını Avstriyanın dövlət başçısına
və Avropa İttifaqının komissarı Gunter Ottingerə
çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.-2011.-8
sentyabr.-S.2.