Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru
Bakının Nərimanov Rayon İcra Hakimiyyətində
olmuşdur
Azərbaycanda səfərdə olan
Rusiya Federasiyasının Həştərxan vilayətinin
qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə
heyəti sentyabrın 7-də Nərimanov Rayon İcra Hakimiyyətində
olmuşdur.
AzərTAc xəbər verir ki, rayon icra
hakimiyyətinin başçısı Abdin Fərzəliyev
qonaqlara rayon haqqında ətraflı məlumat vermiş, Heydər
Əliyev Fondunun xətti ilə həyata keçirilən
layihələrdən danışmışdır.
Azərbaycan ilə Rusiya arasında əlaqələrin
yüksək səviyyədə olduğunu vurğulayan
A.Jilkin ölkəmizdə gördükləri qonaqpərvərlikdən
məmnunluqla danışmışdır. Xalqlarımız
arasında tarixi dostluq münasibətlərinin möhkəmlənməsi
üçün böyük işlərin
görüldüyünü qeyd edən qubernator demişdir
ki, Azərbaycan ilə Rusiya arasında əlaqələrimiz
ümummilli lider Heydər Əliyevin dövründə
başlanmış və bu gün Prezident İlham Əliyev tərəfindən
daha yüksək səviyyəyə
çatdırılmışdır. Qonaq, həmçinin
dövlətimizin başçısının təşəbbüsü
ilə Həştərxan vilayətində
görülmüş
genişmiqyaslı işlərdən də
danışmışdır.
Vurğulanmışdır ki, 2006-cı
ildə qardaşlaşmış Bakının və Həştərxan
vilayətinin eyniadlı Nərimanov rayonları arasında əlaqələr
çox sürətlə inkişaf edir.
Görüşdə
qardaşlaşmış rayonlar arasında əməkdaşlığın
daha da genişləndirilməsi ilə bağlı fikir
mübadiləsi aparılmışdır.
Azərbaycan.-2011.-8
sentyabr.-S.2.