Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri: «Wikileaks» saytında Azərbaycanla
bağlı yayılmış materialların heç bir
obyektiv əsası yoxdur»
APA-nın "ABŞ-ın ölkəmizdəki
keçmiş səfirləri Rino Harniş, Enn Dersi və səfirliyin
digər əməkdaşlarına istinadən
"Wikileaks" saytında yayılan məlumatlarda Azərbaycan
və onun qonşuları barədə, ayrı-ayrı məmurlarla
bağlı, o cümlədən şəxsən sizin
haqqınızda da bir çox mülahizələr yer
alıb. Bunları necə şərh edərdiniz?"
sualını cavablandıran
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri bildirib ki,
"Wikileaks" saytında Azərbaycanda ayrı-ayrı
zamanlarda işləmiş səfirlərə istinadən
yayılmış materialların heç bir obyektiv əsası
yoxdur: "Bəri başdan qeyd edirəm ki, bunlar şəxsi
mülahizələrdir və onların bu gün
yayılmasını xüsusi təşkil edənlər var. Görünür,
belə materialların yayılması, o cümlədən Azərbaycan
haqqında yanlış fikirlərin
formalaşdırılması kiməsə lazımdır. O ki
qaldı mənim haqqımda yazılan məlumatlara, onlar sadəcə
gülməlidir. Materiallarda qeyd olunur ki, guya "Ramiz Mehdiyevin
Rusiyanın "Lukoyl" neft şirkəti ilə sıx əlaqəsi
var. Rusiyanın hakim elitasında və biznes dairələrində
geniş imkanlara sahibdir. Onun nəzarətində bir neçə
şirkət var ki, son illər ölkəni
bürümüş tikinti işləri ilə məşğul
olurlar". Belə cəfəng, yalan, uydurma yazı ilə
tanış olandan sonra bu materialların ABŞ kimi fövqəldövlətə
gətirəcəyi dividendlərə məndə ciddi
şübhə yarandı. Əgər doğrudan da
dünyanın nəhəng dövləti bütün ölkələrlə
siyasətini öz səfirlərindən aldığı
subyektiv mülahizələr, yalan və uydurma məlumatlar əsasında
quracaqsa, onda onun dünya xalqları arasındakı gələcək
nüfuzunu təsəvvür etmək heç da çətin
olmayacaq. Başqa cür düşünmək çox çətindir,
çünki belə əcaib hallar son zamanlar tez-tez təkrarlanır".
Azərbaycan.-2011.-8
sentyabr.-S.3.