Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin
müavini İlyas Umaxanovu qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin
müavini İlyas Umaxanovu qəbul etmişdir.
Görüşdə Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli
münasibətlərin müxtəlif sahələrdə
uğurla inkişaf etdiyi bildirildi, Rusiya Federasiyası Federal Məclisi
Federasiya Şurası ilə ölkəmiz arasında əlaqələrin
münasibətlərimizin daha da möhkəmləndirilməsi
baxımından önəmi qeyd olundu, İlyas Umaxanovun
ölkəmizə səfərinin bu sahədə əməkdaşlığın
daha da genişləndirilməsi işinə xidmət edəcəyi
vurğulandı.
AzərTAc
Azərbaycan.-2011.-9
sentyabr.-S.1.