Tacikistan Respublikasının
Prezidenti zati-aliləri
cənab Emoməli Rəhmona
Hörmətli Emoməli Şərifoviç!
Tacikistan Respublikasının
milli bayramı - Müstəqillik Günü
münasibətilə Sizi
və Sizin
simanızda bütün
xalqınızı öz
adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, tarixi ənənələrə əsaslanan
Azərbaycan-Tacikistan dostluğunun
və əməkdaşlığının
daim möhkəmləndirilməsi,
xalqlarımızın iradəsini
əks etdirən dövlətlərarası münasibətlərimizin
inkişafı yolunda qarşılıqlı səylərimizi
bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Belə bir
əlamətdar gündə
Sizə, hörmətli
Emoməli Şərifoviç,
möhkəm cansağlığı,
xoşbəxtlik, işlərinizdə
uğurlar, dost Tacikistan
xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 11 avqust 2011-ci il
Azərbaycan.-2011.-9
sentyabr.-S.2.