Koreya Xalq
Demokratik Respublikası Dövlət Müdafiə
Komitəsinin Sədri zati-aliləri cənab Kim Çen İrə
Hörmətli
cənab Sədr!
Ölkənizin milli bayramı - Koreya
Xalq Demokratik Respublikasının yaranması günü
münasibətilə Sizi və
xalqınızı öz adımdan və Azərbaycan
xalqı adından təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz
arasındakı dostluq və əməkdaşlıq
münasibətlərinin inkişafı bundan sonra da
xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən
xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq
və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 11 avqust 2011-ci il
Azərbaycan.-2011.-9
sentyabr.-S.2.