Bakı şəhərinin 2020-ci ilin Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Olimpiya oyunları dünya dövlətlərinin diqqət mərkəzində dayanan ən mühüm və möhtəşəm idman tədbiridir. Olimpiya hərəkatında Azərbaycanın fəal iştirakı və idmançılarımızın Olimpiya oyunlarında qazandıqları nəticələr ölkəmizin idman sahəsindəki potensialını nümayiş etdirməklə yanaşı, onun ümumi inkişaf səviyyəsinin göstəricisinə çevrilir və eləcə də beynəlxalq nüfuzuna təsir edir.

Bədən tərbiyəsi və idman sahəsində həyata keçirilən dövlət siyasətinin daha da gücləndirilməsi, Olimpiya hərəkatının genişlənməsi və geniş coğrafi məkanda təbliğinin təşkil edilməsi məqsədi ilə Bakı şəhərinin 2020-ci ildə XXXII Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyi irəli sürülmüşdür. Belə mötəbər yarışların Azərbaycanın paytaxtında keçirilməsi dünya idman aləmində ölkənin nüfuzunun artmasına şərait yaradacaqdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Bakı şəhərinin 2020-ci ilin Yay Olimpiya Oyunlarını və Paralimpiya oyunlarını keçirmək üçün namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədi ilə qərara alıram:

1. Bakı şəhərinin 2020-ci ilin Yay Olimpiya Oyunlarını və Paralimpiya oyunlarını keçirmək üçün namizədliyinin dəstəklənməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

 

 

Təşkilat Komitəsinin sədri

 

 Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

 

Təşkilat Komitəsinin üzvləri

 

 Hacıbala Abutalıbov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

 

Elmar Məmmədyarov –Azərbaycan Respublikasının xarici işlər naziri

 

Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri

 

Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

 

Şahin MustafayevAzərbaycan Respublikasının iqtisadi inkişaf naziri

 

Samir ŞərifovAzərbaycan Respublikasının maliyyə naziri

 

Əbülfəs QarayevAzərbaycan Respublikasının mədəniyyət turizm naziri

 

Əli AbbasovAzərbaycan Respublikasının rabitə informasiya texnologiyaları naziri

 

Füzuli ƏləkbərovAzərbaycan Respublikasının əmək əhalinin sosial müdafiəsi naziri

 

Kərəm HəsənovAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri

 

Rövnəq AbdullayevAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

 

İlqar RəhimovAzərbaycan Respublikası Paralimpiya Komitəsinin prezidenti

 

Ağacan Abiyev–Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi

 

Çingiz Hüseynzadə–Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

 

Fərid MansurovOlimpiya çempionu

 

Namiq AbdullayevOlimpiya çempionu

 

Zemfira MeftəhətdinovaOlimpiya çempionu

 

Elnur MəmmədliOlimpiya çempionu

 

2. Təşkilat Komitəsi Bakı şəhərinin 2020-ci ilin XXXII Yay Olimpiya XVI Paralimpiya oyunlarını təşkil etmək üçün namizəd şəhər kimi irəli sürülməsi ilə bağlı bütün məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Gənclər İdman Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi ilə birlikdə namizəd şəhərin Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı namizədliyinin qəbul edilməsi proseduruna uyğun olaraq Beynəlxalq Olimpiya Komitəsinə təqdim etmək üçün, Təşkilat Komitəsi ilə razılaşdırılmaqla, sifariş kitabını hazırlasın.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 sentyabr 2011-ci il

 

Azərbaycan.-2011.-9 sentyabr.-S.2.