Qafqaz Müsəlmanları
İdarəsinin sədri Rusiya Federasiyası Federal Məclisi
Federasiya Şurası sədrinin müavini ilə
görüşmüşdür
Azərbaycanda səfərdə olan
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin
müavini İlyas Umaxanov sentyabrın 8-də Qafqaz Müsəlmanları
İdarəsinin (QMİ) sədri Şeyxülislam
Allahşükür Paşazadə ilə
görüşmüşdür.
AzərTAc xəbər verir ki, QMİ-də
keçirilmiş görüşdə iki ölkə
arasında əlaqələrin uğurla inkişaf etdiyi
vurğulanmış, dinlərarası münasibətlər və
digər aktual məsələlər müzakirə
olunmuşdur. A.Paşazadə ölkələrimiz arasında əlaqələrin
yüksək səviyyədə olduğunu məmnunluqla qeyd
etmişdir.
Qonaq Azərbaycanda bir sıra
görüşlər keçirdiyini, ölkəmizin
uğurla inkişaf etdiyini diqqətə
çatdırmış, A.Paşazadənin MDB məkanında
dinlərarası əlaqələrin möhkəmləndirilməsində
rolunu yüksək qiymətləndirmişdir.
Azərbaycan.-2011.-9
sentyabr.-S.4.