MSK-nın keçirdiyi kurslar davam edir
Mərkəzi Seçki Komissiyasında (MSK) Prezident
İlham Əliyevin
"Azərbaycan Respublikasında
insan hüquqlarının
müdafiəsi üzrə
Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında"
sərəncamının icrası
ilə əlaqədar
dairə seçki komissiyalarının (DSK) sədrləri
üçün seçki
hüququ üzrə ixtisaslaşdırılmış kurslar sentyabrın 8-də
davam etdirilmişdir.
Növbəti kursda Azərbaycan
Respublikasının insan
hüquqları üzrə
müvəkkili (ombudsman) Elmira Süleymanova "Aşağı
seçki komissiyaları
üzvlərinin maarifləndirilməsi
tədbirləri, seçki
prosesində insan hüquqlarının müdafiəsi
istiqamətləri və
vasitələri" mövzusunda
məruzə ilə çıxış etmişdir. DSK sədrləri üçün keçirilən
kursların əhəmiyyətini
vurğulayan ombudsman bildirmişdir
ki, seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar seçkilərin azad, ədalətli və şəffaf keçirilməsindəki fəaliyyətini
daha da təkmilləşdirir.
İnsan hüquqlarının müdafiəsinin tarixindən
danışan E.Süleymanova
bildirmişdir ki, Azərbaycanda insan hüquqlarının müdafiəsi
sahəsində dövlət
səviyyəsində çox
böyük işlər
görülür.
Ölkəmizdə son illərdə insan
hüquqlarının təmin
edilməsi sahəsində
görülən işlərdən
danışan E.Süleymanova
qeyd etmişdir ki, respublikamızda bu hüquqların təmin olunması, səmərəli müdafiəsi
məqsədi ilə mükəmməl qanunvericilik
bazası yaradılmışdır. Bu qanunlara dönmədən
əməl olunur, seçki prosesində seçicilərin hüquqları
etibarlı surətdə
qorunur.
"Seçki hüquqlarının pozulmasına
görə məsuliyyət
nəzərdə tutulan
qanunvericilik sistemi və məsuliyyət növləri" mövzusunda
məruzə ilə
çıxış edən
Azərbaycan Respublikası
Baş prokurorunun birinci müavini Rüstəm Usubov bu cür kursların
keçirilməsini yüksək
qiymətləndirmişdir. O, dairə seçki komissiyalarının sədrləri
üçün nəzərdə
tutulan ixtisaslaşdırılmış
kurslara gələcəkdə
məntəqə sədrlərinin
də cəlb edilməsini tövsiyə
etmişdir. R.Usubov bu kursların
azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi
sahəsində maarifləndirmə
işinin gücləndirilməsinə,
dairə seçki komissiyalarının sədrlərinin
peşəkar hazırlığının
artırılmasına kömək
edəcəyini bildirmişdir.
Kurslar dairə seçki
komissiyalarında təcrübə
mübadiləsi ilə
davam edir.
Azərbaycan.-2011.-9
sentyabr.-S.4.